Biləsuvarda ağır qəza: 2 nəfər ölüb

   Biləsuvarda ağır qəza:    2 nəfər ölüb
  27 İyun 2019    Oxunub:2715
Biləsuvar rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən Biləsuvar rayonunda “LADA” və “ВАЗ” markalı iki minik avtomobili toqquşub

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “ВАЗ” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: Qəza   FHN  





Xəbər lenti