İki qadın güləşçimiz “Minsk 2019”un finalında

  İki qadın güləşçimiz “Minsk 2019”un finalında
  27 İyun 2019    Oxunub:3170
Azərbaycanın daha bir qadın güləşçisi “Minsk 2019”un finalına vəsiqə qazanıb.
Azvision.az xəbər verir ki, 62 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmira Qəmbərova yarımfinalda rumıniyalı Krişta İnçze ilə qarşılaşıb.

Güləşçimiz 4:1 hesabı ilə qalib gələrək finala yüksəlib. E.Qəmbərova finalda ukraynalı Yuliya Tkaç ilə qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın qadın güləşçisi Mariya Stadnik “Minsk 2019” II Avropa Oyunlarında finala yüksəlib.

Azvision.az


Teqlər: Güləş   Minsk-2019   Final  





Xəbər lenti