Azərbaycan hərbçiləri Belarusda paradda iştirak edəcək

  28 İyun 2019    Oxunub : 1085
 Azərbaycan hərbçiləri Belarusda paradda iştirak edəcək
Azərbaycan Ordusunun bayraqdarlar heyəti iyulun 3-də keçiriləcək Belarus Respublikasının Müstəqillik Gününə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Minsk şəhərindədir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə birlikdə hazırlıq məşqlərinə başlayıblar.

Qeyd edək ki, hərbi paradda Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı Belarus Respublikası, Rusiya Federasiyası və Çin Xalq Respublikasının parad heyətləri də iştirak edəcəklər.



Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi   Parad   Ordu   Belarus