“Sığorta haqları 1 milyard manatdan çox olacaq” - Vüsal Qasımlı

  “Sığorta haqları 1 milyard manatdan çox olacaq” -    Vüsal Qasımlı
  28 İyun 2019    Oxunub:1969
"2018-ci ildə sığorta şirkətləri tərəfindən 728 milyon manatlıq sığorta haqları toplanıb. Bu, hələ Azərbaycanda ÜDM-nin 1%-nə çatmır"
Azvision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar" mövzusunda keçirilən 9-cu Beynəlxalq Sığorta Forumunda bildirib.

V. Qasımlı deyib ki, 2020-ci ildən icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiq olunması nəticəsində ilk dəfə sığorta haqlarının həcmi ÜDM-in 1%-ni keçəcək. "Azərbaycan tarixində sığorta haqları 1 milyard manatdan çox olacaq".

Direktorun fikrincə, sığorta şirkətləri məhsuldan çox müştəri barədə fikirləşməlidir.

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti