Bu yerlərdə maşın saxlamayın! - Sürücülərə xəbərdarlıq

 Bu yerlərdə maşın saxlamayın! -  Sürücülərə xəbərdarlıq
  28 İyun 2019    Oxunub:4565
Xəbər verildiyi kimi, yaxın günlərdə dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması – təxliyə xidmətinə başlanılacaq. Bakı Nəqliyyat Agentliyi sürücülərin məlumatlandırılması məqsədi ilə ilkin olaraq təxliyə işlərinin həyata keçiriləcəyi ünvanları elan edib.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, həmin ünvanlar vətəndaşların müraciətləri və aparılan müvafiq təhlillər nəticəsində müəyyən edilib.

Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir.




Azvision.az


Teqlər: BNA   Evakuator  





Xəbər lenti