Əli Kərimli sərbəst buraxılıb - Yenilənib

 Əli Kərimli sərbəst buraxılıb -  Yenilənib
  28 İyun 2019    Oxunub:16256
AXCP sədri Əli Kərimli sərbəst buraxılıb.

Azvision.az xəbər verir ki, ona Binəqədi rayon Polis İdarəsində xəbərdarlıq edilib. Daha sonra sərbəst buraxılıb.
***
Bu gün Binəqədi rayon məhkəməsinin qərarı ilə AXCP sədri Əli Kərimli həbs olunub.

Azvision.az xəbər veri ki, onun süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir.

Qeyd edək ki, Əli Kərimli ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə "xeyriyyə marafonu" adı altında müxtəlif çağırışlar irəli sürmüş və kampaniya təşkil etməyə çalışmışdı.

Azvision.az



Teqlər: Əli-Kərimli   Məhkəmə   Həbs  





Xəbər lenti