Bakıda fəhlə "KamAZ”ın altında qaldı

  28 İyun 2019    Oxunub : 584
Bakıda fəhlə "KamAZ”ın altında qaldı
Səbaildə "KamAZ” markalı avtomobillə vurulan fəhlə ölüb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, iyunun 27-də saat 9 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində aparılan tikinti sahəsində Bakı şəhər sakini M.Abdullayev idarə etdiyi “KamAZ” markalı avtomobili arxaya verərkən orada fəhlə işləyən Şəki şəhər sakini Fazil Seyidovu vurub və o, hadisə yerində ölüb.

Araşdırma aparılır.

Azvision.az

Teqlər: Kamaz   Ölüm