4 il əvvəl piyadanı öldürüb qaçan sürücü tutuldu

  4 il əvvəl piyadanı öldürüb qaçan sürücü tutuldu
  28 İyun 2019    Oxunub:1317
Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, 2015-ci il aprelin 10-da Hacıqabul-Şirvan yolunun Hacıqabul rayon ərazisindən keçən hissəsinin 3-cü kilometrliyində yolu keçmək istəyən İlqar İsmayılovun naməlum sürücünün idarə etdiyi avtomobillə vurulması, sonuncunun aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində ölməsi və sürücünün hadisə yerindən yayınması faktına görə Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin rayon sakini Şamxal Xancanov tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən olunduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Saxlanılan şəxs dindirilərkən cinayət əməlini törətdiyini etiraf edib. O, izi itirmək üçün avtomobili ayrı-ayrı hissələrə bölüb satdığını bildirib.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza   Sürücü  





Xəbər lenti