“Şükürlər olsun ki, oğlumu qaytardılar” - Elvinin anası

 “Şükürlər olsun ki, oğlumu qaytardılar” -  Elvinin anası
  28 İyun 2019    Oxunub:2694
Erməni girovluğundan azad olunan Elvin İbrahimov hazırda Qazax Rayon Diaqnostika Mərkəzində müayinə olunur.

Bu barədə Azvision.az -a açıqlamasında Elvin İbrahimovun anası Qərənfil İbrahimova məlumat verib. Oğlunu iki saat əvvəl gördüyünü deyən Q.İbrahimova hazırda Elvinin vəziyyətinin normal olduğunu bildirib.
“Allaha şükür oğlumu qaytardılar. Onu 2 saat öncə gördüm, vəziyyəti yaxşı görsənirdi. Hazırda həkimlər müayinə edirlər. Mən də burada gözləyirəm. Elnurun xəstəxanada nə qədər qalacağını bilmirəm. Özü ilə danışa bilməmişəm, ümumi vəziyyətindən normal görsənir”.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülən Azərbaycan vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç 28 iyun 2019-cu il tarixdə müvafiq olaraq tərəflərə təhvil veriliblər.

Aytən Zəhra
Azvision.az


Teqlər: Girov   Qazax  





Xəbər lenti