Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək

 Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək
  28 İyun 2019    Oxunub:2333
İyun ayının ilk günlərindən davam edən isti hava dalğasının təsiri səngiyəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 29-u axşamdan iyulun 02-si gündüzədək şimal küləyi güclənəcək, iyunun 30-da bəzi yerlərdə daha güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında iyunun 29-u axşamdan iyulun 02-dək arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Azvision.az



Teqlər: Hava   ETSN  





Xəbər lenti