Prezident mükafatı alacaq gənclərlə bağlı fərman

  28 İyun 2019    Oxunub : 824
 Prezident mükafatı alacaq gənclərlə bağlı fərman
Prezident İlham Əliyev “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Azvision.az xəbər verir ki, bu, mükafatın laueratlarının əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır.

Belə ki, indiyədək elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10 min manat məbləğində Prezident Mükafatı nəzərdə tutulmuşdu. Burada 6 rəqəmi 10 rəqəmi ilə əvəzlənib.

Dəyişikliklə Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsillə yanaşı gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində nailiyyətlər də təşviq ediləcək.

Azvision.az

Teqlər: