Konqoda mədən qəzası: 43 nəfər ölüb

  29 İyun 2019    Oxunub : 699
Konqoda mədən qəzası: 43 nəfər ölüb
Konqonun cənubunda yerləşən Lualaba əyalətində mədənin çökməsi nəticəsində ölənlərin sayı artıb.
Azvision.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı həlak olan qeyri-leqal şaxtaçıların sayı 43 nəfərə çatıb. Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Qeyd edək ki, bundan əvvəl 36 nəfərin öldüyü bildirilirdi.

Azvision.az

Teqlər: Konqo   Mədən   Faciə