Ərdoğanla Trampın 35 dəqiqəlik görüşü - Yenilənib

  29 İyun 2019    Oxunub : 1194
Ərdoğanla Trampın 35 dəqiqəlik görüşü - Yenilənib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında görüş keçirilib.
Azvision.az xəbər verir ki, görüş Yaponiyanın Osaka şəhərində G20 ölkələrinin dövlət və hökumət başçılarının sammiti çərçivəsində baş tutub. Təxminən 35 dəqiqə davam edən görüşdə tərəflər iki ölkə arasında maraq doğuran məsələləri müzakirə ediblər.

Görüş zamanı Tramp gələcəkdə Türkiyəyə səfər edəcəyini bildirib. Onun sözlərinə görə, səfər tarixi hələki bəlli deyil.

ABŞ prezidenti, həmçinin Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksi alması ilə bağlı narahatlığını dilə gətirib və Ərdoğanı NATO-nu gücləndirmək üçün ABŞ ilə müdafiə sahəsində əməkdaşlığa dəvət edib.

Bundan əlavə, görüş zamanı iki ölkə prezidenti ticari əlaqələr və Suriya məsələsinə dair fikir mübadiləsi aparıblar.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Ərdoğan   Tramp   Osaka   G20