Bakıda bir çox küçələrdə işıqforlar işləmir - SİYAHI

  29 İyun 2019    Oxunub : 1002
Bakıda bir çox küçələrdə işıqforlar işləmir - SİYAHI
Cərəyan itkisi ilə əlaqədar olaraq bəzi yol kəsişmələrində işıqforlar işləmir.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Sürücülərdən işıqforlarların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Hal-hazırda işıqforlarla əlaqəsi olmayan kəsişmələr aşağıdakılardır:

M.Hüseyn küç. - Ş.Şamil küç.,

Ş.İ.Xətai pros. - Əhmədbəy Ağa oğlu küç.,

Ş.İ.Xətai pros.- Ə.Dəmirçizadə küç.,

M.Hadi küç.- Sarayevo küç.(Makdonaldsın yanı),

Q.Qarayev pros. - C.Naxçivanski küç.,

Q.Qarayev pros.- A.Manafov küç.,

Babək pros.- 1-ci Köndələn

Azvision.az

Teqlər: BNA   İşıqfor