Qubada partlayış: Bir ailənin 4 üzvü yaralandı - FOTO

  29 İyun 2019    Oxunub : 1548
 Qubada partlayış: Bir ailənin 4 üzvü yaralandı - FOTO
İyunun 29-da Qubanın Amsar kəndində məişətdə istifadə edilən qaz balonunun partlaması nəticəsində dörd nəfər yanıq xəsarətləri alıb.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, hadisə İsa Nuriyevə məxsus yaşayış evində baş verib. Partlayış nəticəsində ev sahibi İsa Nuriyev, həyat yoldaşı, 1990-cı il təvəllüdlü İlahə Nuriyeva, həmçinin əkiz övladları 2016-cı il təvəllüdlü Ömər və Zeynəb yanıq xəsarətləri alıblar.



Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılara müvafiq tibbi yardım göstərilib. Xəsarətləri daha ağır olan İsa və İlahə Nuriyevlər təcili tibbi yardım maşını ilə Bakı şəhərindəki tibb müəssisələrindən birinə göndəriliblər.



İkinci dərəcəli yanıq xəsarətləri alan Ömər və Zeynəbin müalicələri Quba Rayon Mərkəzi Xəstəxanasında davam etdiriləcək.



İlkin ehtimala görə hadisə İsa Nuriyevin yeni doldurub gətirdiyi qaz balonunu işə salan zaman ehtiyatsızlığı səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Quba   Ev   Partlayış