“Minsk 2019” - Daha iki medal qazandıq

  29 İyun 2019    Oxunub : 1049
 “Minsk 2019” - Daha iki medal qazandıq
Azərbaycan idmançıları Belarusun paytaxtı Minksdə keçirilən ikinci Avropa Oyunlarında növbəti medallarını qazanıblar.
Azvision.az xəbər verir ki, qadın karateçimiz İrina Zaretska (68 kq) final görüşündə italiyalı Silvia Semeraro ilə qarşılaşıb. Rəqibinə məğlub olan İrina Zaretska gümüş medala sahib olub.

Azərbaycana digər medalı kata yarışlarındakı yeganə təmsilçimiz Roman Heydərov qazandırıb. O, “Minsk 2019”u bürünc medalla başa vurub.

Azvision.az

Teqlər: Karate   Minsk-2019