Tbilisidə “Azadlıq yürüşü” keçirilib

  29 İyun 2019    Oxunub : 829
 Tbilisidə “Azadlıq yürüşü” keçirilib
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə “Azadlıq yürüşü” keçirilib.
Azvision.az xəbər verir ki, müxalifət nümayəndələrinin təşkil etdiyi yürüşdə ölkənin Daxili İşlər naziri Giorgi Qaxarianın istefası tələb olunub.

Gürcüstanın bölgələrindən də xeyli sayda insanın qatıldığı “Azadlıq yürüşü” paytaxtın Azadlıq Meydanında başa çatıb. Aksiyaların növbəti günlərdə davam etdiriləcəyi gözlənilir.

Azvision.az

Teqlər: Gürcüstan   Tbilisi   Yürüş   Müxalifət