Azərbaycanlı zəvvarları daşıyan avtobus yanıb

  29 İyun 2019    Oxunub : 1046
 Azərbaycanlı zəvvarları daşıyan avtobus yanıb
Azərbaycan zəvvarlarını daşıyan avtobus Ərdəbil əyalətində yanıb.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 17:00 radələrində Ərdəbil əyalətinin Sərçəm magistral yolunda 12-ci tuneldə baş verib.

Azərbaycandan İranın Məşhəd və Qum şəhərlərinə zəvvar aparan avtobusda yanğının başvermə səbəbi açıqlanmayıb. Ərdəbil əyalətinin Təcili Tibbi Yardım Stansiyasının rəhbəri Məcid Məhəmməd Qəribani bildirib ki, yanğın zamanı sərnişinlərdən heç biri xəsarət almayıb.

Azvision.az

Teqlər: Ərdəbil   Avtobus   Zəvvar   Yanğın