Rayonlara yağış yağıb, şimşək çaxıb - Faktiki hava

  29 İyun 2019    Oxunub : 1735
 Rayonlara yağış yağıb, şimşək çaxıb - Faktiki hava
Bu gün axşam saat 17:00-21:00 radələrində Ağstafa, Naxçıvan, Gədəbəy, Naftalan, Tərtər, Yevlax, Şəmkir, Daşkəsən, Gəncə və Mingəçevirdə yağış qeydə alınıb, şimşək çaxıb.
Azvision.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.

Bildirilib ki, Şəmkir, Gəncə, Şərur, Bərdə, Tərtər, Yevlax, Daşkəsən, Mingəçevir, Naftalan, Ağdam, Göyçay rayonlarında 17-23 m/s qərb küləyi əsib, bəzi yerlərdə arabir 28-32 m/s-dək güclənib.

Azvision.az

Teqlər: ETSN   Hava