Dövlət qulluğuna qəbul imtahanı keçirildi - Yenilənib

  30 İyun 2019    Oxunub : 1285
Dövlət qulluğuna qəbul imtahanı keçirildi - Yenilənib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 30-da inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahan Bakı şəhərində təşkil olunub.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 3 saat davam edib. İmtahanların idarə olunmasında 6 ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 172 nəzarətçi müəllim, 6 bina nümayəndəsi iştirak edib.

Azvision.az

Teqlər: DİM   İmtahan