Gürcüstanda ağır yol qəzası - 3 Azərbaycan vətəndaşı ölüb

   Gürcüstanda ağır yol qəzası -    3 Azərbaycan vətəndaşı ölüb
  30 İyun 2019    Oxunub:8500
Gürcüstanda baş verən yol qəzasında 3 Azərbaycan vətəndaşı ölüb.

Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Belə ki, Zaqatala rayon sakininin idarə etdyi "Mercedes" markalı minik avtomobili qəzaya düşüb. Qəza zamanı sürücü daxil olmaqla 3 Zaqatala sakini hadisə yerində ölüb. İki nəfər yaralanıb. Yaralılardan biri azyaşlıdır.

Hazırda onların şəxsiyyətinin dəqiqləşdirilməsi və meyitlərin Zaqatalaya gətirilməsi istiqamətində iş aparılır.

Azvision.az



Teqlər: Gürcüstan   Qəza   Zaqatala   Yol   Maşın  





Xəbər lenti