Firdovsi Fərzəliyev gümüş medal qazandı - Yenilənib

  30 İyun 2019    Oxunub : 1452
Firdovsi Fərzəliyev gümüş medal qazandı - Yenilənib
Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarının karate yarışları davam edir.
Azvision.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan karateçisi Firdovsi Fərzəliyev yarımfinalda rusiyalı Yevgeni Plakhutinlə qarşılaşıb. İdmançımız görüşü qələbə ilə başa vuraraq finala yüksəlib.

Fərzəliyev həlledici görüşdə latviyalı Kalvis Kalninslə üz-üzə gəlib. Qarşılaşmadan məğlub ayrılan idmançımız gümüş medalla kifayətlənib.

Bununla da , Azərbaycan yığması Avropa Oyunlarında 27-ci medalını əldə edib. İdmançılarımızın hesabında 5 qızıl, 9 gümüş, 13 bürünc mükafat var.

***
Azərbaycanın dünya şöhrətli karateçisi Rafael Ağayev də "Minsk 2019"un finalına çıxıb. O, yarımfinalda rusiyalı Pavel Artamanova qalib gəlib. İdmançımız finalda Ukrayna təmsilçisi Stanislav Horunala qarşılaşacaq.

Azvision.az

Teqlər: Karate