II Avropa Oyunlarının bağlanış mərasimi - FOTOLAR

  30 İyun 2019    Oxunub : 1591
II Avropa Oyunlarının bağlanış mərasimi - FOTOLAR
Belarusun paytaxtı Minskdə ikinci Avropa Oyunlarının bağlanış mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, “Dinamo Arena”da keçirilən bağlanış mərasimində bir sıra ölkələrin dövlət və hökumət başçıları, rəsmi nümayəndələr iştirak ediblər.

Tədbirdə Azərbaycanı Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təmsil edib.

Qeyd edək ki, "Minsk-2019"un qalibi Rusiya olub. Belə ki, rusiyalı idmançıların aktivində 109 medal var. İkinci yerdə 69 medalla ev sahibləri Belarus, üçüncü pillədə isə 51 medalla Ukrayna (16-17-18) yığmaları qərarlaşıblar. Azərbaycan isə 28 medalla 10-cudur.













Azvision.az

Teqlər: Minsk   Avropa-Oyunları