Mirşahin Əli Kərimlinin saxlanılmasını belə şərh etdi - VİDEO

 Mirşahin Əli Kərimlinin saxlanılmasını belə şərh etdi -    VİDEO
  01 İyul 2019    Oxunub:18518
Real TV-nin rəhbəri, tanınmış jurnalist Mirşahin öz müəllif proqramında ötən həftə AXCP sədri Əli Kərimlinin saxlanılıb-buraxılması ətrafında yaradılan ajiotajı şərh edib.
- Biz indidə və keçmişdə yaşamırıq. Biz Azərbaycanın gələcəyində yaşayırıq. Nə qədər qəribə səslənsə də. Amma keçmiş də ola bilərdik. Ona görə ki, bu gün bir ovuc uğursuz, qarımış müxalifət güruhu var ki, hələ də saatları 90-91-ci ildə yatıb. Onların epoxası mexaniki küçə vərdişlərinin, mitinq refleksinin ağız sularının, Şarikov fəlsəfəsinin it-pişik mübarizəsinin detallarını, damcılarını daşıyır. Yer kürəsinin gözü Yaponiyada, bunlar elə bu ölkənin birinci 3 hərfindən YAP-a boylanırlar. 26 ildir ki, yerlərində sayan, heç bir yeniliyə açıq olmayan, hətta şüarlarını da elə 90-cı ildən geri qaytararaq, yenidən dişləri arasında çeynəyib içəri tüpürən marginallar.


Azərbaycanda müxalifətin ənənəvi parçası niyə uğur qazana bilmir? Ona görə ki, müxalifətin hakimiyyətə gəlmək üçün heç bir hazırlığı yoxdur. İndiyədək onlar hansısa çıxıçı kağıza yazıb üzündən oxumurlar. Onlar mitinqdə qətnamə qəbul edib növbəti görüşədək orada irəli sürülən bəndləri yerinə yetirmək kimi borca girmirlər. Onlar yalnız narazıların sayına stavka edir, onların artacağına bel bağlayır, bu baş vermədikdə isə Ruiyada yaşayan azərbaycanlıları aksiya üçün Bakıya çağırırlar. Onların mənəvi dəstəyi yoxdur. Maddi dəstəyi isə ən primitiv üsullarla ələ almağa çalışırlar.

Bu həftə Əli Kərimli saxlandı. Ona xəbərdarlıq edib buraxdılar. Nəyə görə, ona görə ki. Əli kərimli və dalına düşənlər cəmiyyətə yeni əxlaq, daha doğrusu əxlaqsızlıq adəti təlqin etmək istəyirdilər. Müxtəlif vaxtlarda asayişi pozduqlarına görə məhkəmələrin kəsdiyi cərimə məbləğlərini adını xeyriyyə marafonu qoyduqları mərasimdə pul yığıb, dolayısı ilə xalqın sadəlövh, əksər hallarda məlumatsız hissəsinə ödətdirmək istətirdilər. Söhbət burda məbləği böyüklüyündən, kiçikliyindən getmir. Yeri gəlmişkən bu və ya buna yaxın yollarla pul yığmaq cəhdləri təzə deyil. Müxalifət qaçaqmalçıları çoxdan Avropanın müxtəlif ölkələrində oturub, tv-yə, radioya bənzər koğuşlar yaradıb ordan başlarını bayıra çıxarıb bum bun, pul-pul deyə səslər çıxarırlar. Artıq iflasa uğramış bu şarlatanlara Azərbaycanda o qədər də fikir vermirlər. Deməli pul da. Qrant da ala bilmirlər. Ona görə ki, qrant verən Məşədilər görür ki, mal verdikləri pula dəymir.

Seçki proseslərinə partiya olaraq qatılmağın perspektivsizliyi və həm də faydasızlığı bu siyasi məxluqları hədəfsizləşdirib. Və bəllidir ki, bu gün bu formal siyasi qurumlar istəsələr belə Milli Məclis uğrunda partiya-partiya mübarizə apara bilməzlər. Belə olan halda bir zamanların Vaqif Musayev gedişi də işə yaramır. Yəni varlı-imkanlı birini tapıb Partiya siyahısında ilk yerə oturtmaq, ardına düşüb getmək mümkün olmur. Belə olanda ən asanı ianə toplamaq, nəzir yığmaq, səni and verirəm yanındakı o göyçək qızın canına istinad etmək zərurətə çevrilir. Əli Kərimli yaxşı baş düşür ki, hər dəfə Keşiş Qapon kimi dalına saldıqlarını güdaza verdiyinə görə etimadsızlaşmaqdadır. O fənd də işləmir ki, Milli Şura və Xalq Cəbhəsinin funksionerləri guya həbsdən qorxmur, çəkinmir və fədakarlıq etməyə həmişə hazır olacaqlar. Təbii ki sual yaranır. Onda niyə Əli Kərimli həbsə düşməkdən qorxur, xırda xuliqanlıq belə onun rəngini avazıdır. O saat hay-küy salır. Hər bir-iki saatlıq saxlanmadan dərhal sonra Lenin balkondan əl yelləyən kimi 3 cüt bir tək adamının qarşısına çıxır. Maraqlı daha bir sual. Əli Kərimli onun zibilinə görə həbsə düşən tərəfdarlarına ayda 500 dollaradək yardım göstərməsi barədə məlumat sızdırır. Belədirsə, onda marafon nəyə lazımdır? Yoxsa Əli Kərimli əlində olan çirkli pulları bu yolla leqallaşdırmaq istəyir?! Ki guya camaat verib?

Bir məsələ də diqqətimi çəkir. Fikir verirsinizsə, Əli Kərimlinin saxlanması zamanı onun bəlalı başına toplaşanların sayı azalmaqdadır. Məsələn, Şəhidlər Xiyabanında saxlanılarkən 25-30 nəfər idisə, bu dəfə heç 15 nəfər də deyil. Özünü 100 minlərin lideri hesab edən bir i üçün acınacaqlı mənzərədir. Əli Kərimlinin demokratiya yox, demoqrafiya problemi var. Yeni insanlar doğmalıdır, doğulmalıdır... o da belə tez başa gələn iş deyil axı. Və nəhayət Əli Kərimli və dalındakılar başa düşdülər ki. dövlət onların olmayan toxunulmazlıqlarını tanımaq niyyətində deyil. Humanizmi dürüst başa düşmək lazımdır. Heç bir qanunsuz hərəkət cavabsız qalmır. Əli Kərimli dəfələrlə bunu öz dərisində hiss edib. Yəqin bunu da hiss etməmiş deyil ki, əvvəllər Əli Kərimli tutuldu xəbəri daha böyük ajiotaja səbəb olurdu. İndi artıq oxucu, dinləyici, tamaşaçı öyrəncəlidir. Əli tutuldu, Əli buraxıldı. Kərimli tutuldu, Kərimli buraxıldı.

Bir sözlə, hasil etdiyim qənaət: Qanunun qətiyyətini sınamağa ehtiyac yoxdur. Dövlətin başı qlobal tədbirlərə nə qədər qarşısa da özünü, asayişini qorumaq kimi peşəkar xüsusiyyəti üstündədi. Pul yığmağa heç kim qadağa qoymur. Elə bu həftə Yeni Azərbaycan Partiyasının bir sıra üzvləri Silahlı Qüvvələrə yardım fonduna öz maaşlarının yarısını keçirmək təşəbbsüsü ilə çıxış etdilər. Buyurun. Kim nə deyir ki? Amma bir də var ki, sən etibardan sui-istifadə edərək pul toplayıb onu qanunsuzluğa investisya kimi yatırırsan. İnsanları kütlənin emosianal hissəsinin boğazından kəsərək sənə verdiyi pula dadandırıb öz məsuliyyətsizliyinin bədəlini ona ödədirsən. Nə yaxşı oğlanmış bunlar? Prezident maaş qaldırır, minimum əmək haqqı, təqaüd artırır buradan da bir şarlatan çıxır ortaya ki, sən o yanındakı göyçək qızın canı. Göyçək oğlanlar! Pulu qazanmaq lazımdır. İşlə məşğul olmaq, dövlətin inkişafında iştirak etmək lazımdır. Xlestakov kimi özünü aldatmağın sonu Azərbaycan variantında Şeyx Nəsrullahlıqdır. Ölülərin yeni versiyası yəqin belə olur. Siz özünüzü diriltməyə çalışırsız.

Bu həftə vəfat etmiş əfsanəvi istiqlal tədqiqatçımız Şirməmməd Hüseynov necə deyirdi? Bu vətən də, bu millət də, bu dövlət də bizimdir. Bəz sizin olan nədir? Ermənistan Əli Kərimlinin müdafiə etdiyi Hacı Taleyi yaşıl inqilabın lideri sayır. Əlikram Hümbətovun yanına qoyur. Bəs biz nəyi deyirik. Biz də elə bunu deyirik də. Hardan başlasanız da İrəvanda bitirsiniz. Çünki ideologiya hakimiyyətə yox, dövlətə müxalifətçilikdir. Hörmətli tamaşaçılar, özü də bu həmişə belə olub. Məsələn yadımdadır ki, 1991-ci ildə Azərbaycan hakimiyyəti bəzi yaşayış məntəqələrində əməliyyat aparır, pasportları qaydasında olmayan erməniləri Çaykənddən, Buzluqdan, Mənəşiddən çıxarırdı. Bu zaman hakimiyyəti bilirsiz nədə günahlandırırdılar. Erməniləri deportasiya etməkdə. Onların hüquqlarını pozmaqda. Bilirsiz kim günahlandırırdı? İsa Qəmbər. Əli Kərimli... və başqaları.



Teqlər: Mir-Şahin   Əli-Kərimli  





Xəbər lenti