İran panerməni oyunlarını dəstəkləmir - Səfir açıqlama yaydı

İran panerməni oyunlarını dəstəkləmir -  Səfir açıqlama yaydı
  01 İyul 2019    Oxunub:1873
"Azərbaycanın işğal olunmuş ərazilərində Ümumdünya panerməni oyunlarının keçirilməsi haqda etibarlı məlumatlar yoxdur".

Bu barədə Azvision.az-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, İran İslam Respublikasında aidiyyəti orqanlar bu xəbəri təsdiq etməyiblər: "İran dövləti bu addımdan xəbərdar deyil və onu dəstəkləmir. Əgər belə bir hal baş vermiş olsa, bu qeyri-qanuni bir addımdır və dövlət tərəfindən icazəsi verilməyib. Ola bilsin, bu hal fərdi qaydada baş versin. İki ölkə arasında dostluq əlaqələrini nəzərə alaraq, iranlı idmançıların fərdi qaydada olsa belə, oyunlarda iştirakının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Xankəndində keçiriləcək Ümumdünya panerməni oyunlarında iranlı idmançıların iştirakı ilə bağlı məlumat yayılıb.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: İran   Səfirlik  





Xəbər lenti