Ermənistanda fəhlələrin etirazı - Gürcüstan yolu bağlandı

Ermənistanda fəhlələrin etirazı -  Gürcüstan yolu bağlandı
  01 İyul 2019    Oxunub:2065
Ermənistanda Alaverdi Misəritmə Kombinatının işdən çıxarılan fəhlələri etiraz əlaməti olaraq Ermənistan-Gürcüstan dəmir yolunu bağlayıblar.

Azvision.az xəbər verir ki, fəhlələrin belə bir yola əl atmasına səbəb misəritmə zavodunun sahibi olan “Valleks” şirkətlər qrupunun işdən çıxardığı fəhlələrə iyun ayınadək maaşlarının ödəniləcəyi barədə verdiyi vədi yerinə yetirməməsidir.
İşdən qanunsuz çıxarıldığını iddia edən fəhlələr səhər saatlarına Gürcüstana gedən dəmir yolunu kəsiblər. Onlar problemin həll edilməsi üçün hökumətin məsələyə müdaxilə etməsini və maaşlarının ödənilməsini tələb edirlər. Hökumətdən etirazçıların tələblərinə cavab gəlməyib.

Qeyd edək ki, Alaverdi Misəritmə Kombinatı ötən ilin oktyabrında hökumətlə banklar arasında yaranan maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırıb. Təqribən 600 fəhlənin işlədiyi bu müəssisə sonradan xaricdə emal olunan mis yarımfabrikatlar istehsal edirdi. Bu məhsullar Ermənistan büdcəsinə gəlir gətirən on ixrac malları siyahısına daxildir.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Ermənistan   Fəhlə   Etiraz  





Xəbər lenti