Girovluqdan azad edilən Elvin hələ də xəstəxanadadır

   Girovluqdan azad edilən Elvin hələ də xəstəxanadadır
  01 İyul 2019    Oxunub:2287
Erməni girovluğundan azad olunan Elvin İbrahimovun Qazax Rayon Diaqnostika Mərkəzində müalicəsi davam edir.

Bu barədə Azvision.az -a açıqlamasında Elvin İbrahimovun anası Qərənfil İbrahimova bildirib. Onun sözlərinə görə, hazırda oğlunun vəziyyəti yaxşıdır.
“Oğlum hələ xəstəxanadadır. Mən onun yanında qalıram. Hər hansı şikayəti yoxdur və vəziyyəti yaxşıdır. Həkimlər hər gün ona baş çəkirlər. Xəstəxanadan nə vaxtda çıxacağını bilmirəm”.



Xatırladaq ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü Elvin İbrahimov bu il martın 16-da Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. O, Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində ayağından yaralanıb.

E.İbrahimov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən, 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılan Ermənistan Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviçlə dəyişdirilərək geri qaytarılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Elvin-İbrahimov   Qazax  





Xəbər lenti