Turistlərlə zarafat: Bura Azərbaycan deyil, Hindistandır - VİDEO

   Turistlərlə zarafat:    Bura Azərbaycan deyil, Hindistandır -    VİDEO
  01 İyul 2019    Oxunub:2994
1 iyul - Beynəlxalq Zarafat Günü münasibətilə "ASAN Viza" hava limanına gələn turistlərlə kiçik zarafat edib. Belə ki, öncədən hava limanında “Hindistana xoş gəlmisiniz” şüarı altında böyük banner quraşdırılıb, bannerdə Dehlinin gəzməli yerləri və Hindistanın İndira Qandi Beynəlxalq Hava Limanından həmin yerlərə olan məsafə göstərilib.
Azvision.az xəbər verir ki, hindistanlı xanımlar və bəy isə turistləri həmin yerdə salamlayaraq onları hind mətbəxinə məxsus xüsusi təamlara qonaq edib. Bu mənzərə bir çox turistlərdə çaşqınlıq yaradıb, bəziləri isə həqiqətən səhv istiqamətdə uçduğuna, Azərbaycana deyil, Hindistana gəldiyinə inanıb.

Həmin videonu sizə təqdim edirik:



Azvision.az



Teqlər: ASAN-Viza  





Xəbər lenti