Almaniya şeyxin xanımını “görmədik” deyir - Bəs 40 milyon dollar?

Almaniya şeyxin xanımını “görmədik” deyir -  Bəs 40 milyon dollar?
  02 İyul 2019    Oxunub:3528
Almaniyanın Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri və Dubay şeyxi Məhəmməd ibn Rəşid əl Maktumun həyat yoldaşı şahzadə Xay bint əl-Hüseynin Almaniyaya sığınacaq üçün müraciət etməsi ilə bağlı yayılan məlumatları təsdiqləməyib.
Azvision.az xəbər verir ki, bunu Almaniya XİN-in rəsmi nümayəndəsi Maria Adebar deyib. XİN rəsmisi bildirib ki, onlarda bu barədə məlumat yoxdur.

"Mən bu məlumatı təsdiq edə bilmərəm. Bizdə bununla bağlı faktlar yoxdur".

XİN rəsmisi, həmçinin qeyd edib ki, Almaniya Daxili İşlər Nazirliyinə də şeyxin xanımı ilə bağlı informasiya daxil olmayıb.

Qeyd edək ki, yayılam məlumatlara əsasən şahzadə Xay bint əl-Hüseyn külli miqdarda pulu götürərək ölkəni tərk edib. Onun fevral ayından yoxa çıxdığı bildirilir.

Britaniya mətbuatı yazır ki, Xay bint əl-Hüseyn 11 yaşlı qızını, 7 yaşlı oğlunu və 31 milyon funt sterlinqi (təxminən 39,4 milyon dolları) götürərək Almaniyaya qaçıb. İddia olunur ki, İordaniyanın sabiq kralı II Abdullanın əmisi qızı olan 45 yaşlı Xay bint əl-Hüseyn Almaniyadan sığınacaq istəyib və boşanma ərizəsi verib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Duyab   Şahzadə   Almaniya  





Xəbər lenti