“DOST”da göstərilən xidmətlərin siyahısı genişləndirilib

   “DOST”da göstərilən xidmətlərin siyahısı genişləndirilib
  01 İyul 2019    Oxunub:3360
“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliyə əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə “DOST” mərkəzlərində xidmət göstəriləcək.

Bundan başqa, dərmana yeni əlavə edilən 7.11-7.13-cü bəndlərə əsasən, I dərəcə əlilliyi olan şəxslərə qulluq edən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə və müharibə veteranlarına da şəxslərə “DOST” mərkəzlərində xidmət göstəriləcək.

Sənədin hazırkı variantına əsasən, Böyük Vətən müharibəsi iştirakçılarına, Ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup əlilliyə görə sosial müavinət alanlara “DOST” mərkəzlərində xidmət göstərilir.

Azvision.az


Teqlər: Prezident   Fərman   DOST  





Xəbər lenti