Saxta içkidən kütləvi zəhərlənmə: 5 nəfər öldü

  01 İyul 2019    Oxunub : 1287
 Saxta içkidən kütləvi zəhərlənmə: 5 nəfər öldü
Türkiyənin Mersin şəhərində kütləvi zəhərlənmə baş verib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxta içkidən istifadə edən 20-yə yaxın şəxs zəhərlənib. Onlardan 5-i dünyasını dəyişib, 14 nəfər xəstəxanada həkim nəzarətində saxlanılır. Zərərçəkənlərdən 4-nün vəziyyəti ağır qiymətləndirilir.

Hadisə ilə əlaqədar 4 nəfər polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Azvision.az

Teqlər: Türkiyə   İçki   Zəhərlənmə