Bu gün Günəş tam tutulacaq

   Bu gün Günəş tam tutulacaq
  02 İyul 2019    Oxunub:2417
Bu gün ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi baş verəcək.
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından Azvision.az -a verilən məlumata görə, təbiət hadisəsi iyulun 2-si yerli vaxtla saat 20:55-də başlayacaq və iyulun 3-ü saat 01:50-də başa çatacaq.

Günəş tutulması Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək. Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.

Azvision.az



Teqlər: AMEA   Günəş   Rəsədxana  





Xəbər lenti