“Petkim”də partlayış olub: Ölən və yaralılar var - (VİDEO)

“Petkim”də partlayış olub:  Ölən və yaralılar var - (VİDEO)
  02 İyul 2019    Oxunub:5034
Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində SOCAR-a məxsus "Petkim" limanında İtaliya bayrağı altında üzən "Synzania" adlı gəmidə partlayış olub.

Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, partlayışdan sonra limanda yanğın baş verib. Hadisə zamanı bir nəfər həlak olub. Həmin şəxs italiyalı Roberto Montegurdiadır.
Bundan əlavə, 15 İtaliya vətəndaşı və 1 Rumıniya vətəndaşı xəsarət alıb. Hazırda yanğının nəzarət altına alındığı bildirilir.



Kənan Məmmədov
Azvision.az



Teqlər: Petkim   SOCAR  





Xəbər lenti