Yanan gəmi SOCAR-a məxsus deyil - Açıqlama

   Yanan gəmi SOCAR-a məxsus deyil -    Açıqlama
  02 İyul 2019    Oxunub:1813
İyulun 1-i saat 23:20 radələrində Petlim limanının 5 nömrəli yanalma körpüsünə maye hidrokarbon doldurmaq üçün yaxınlaşan zaman İtaliya bayraqlı, “Synzania” adlı gəmidə məlum olmayan səbəblərdən yanğın baş verib.
“SOCAR Turkey Enerji A.Ş.”dən (STEAŞ) Azvision.az -a verilən məlumata görə, əməkdaşların dərhal müdaxiləsi nəticəsində yanğın söndürülüb, gəmidə soyutma əməliyyatları davam etdirilməkdədir.

Bildirilib ki, gəminin bütün əməkdaşları təxliyə edilib, bir nəfər vəfat edib, qazdan zəhərlənən 1 nəfər isə müalicə və müayinə üçün xəstəxanaya yerləşdirilib. Yanğının başvermə səbəbi araşdırılır.

Azvision.az


Teqlər: SOCAR   Gəmi  





Xəbər lenti