Hacı Mazan kəllə-beyin travması alıb, bud sümüyü sınıb

  02 İyul 2019    Oxunub : 2020
Hacı Mazan kəllə-beyin travması alıb, bud sümüyü sınıb
Biləsuvarda qəzaya düşən iş adamı Ramazan Hüseyn oğlu Zeynalov paytaxt xəstəxanalarından birinə yerləşdirilib.

Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəza nəticəsində iş adamının sağ bud sümüyü sınıb:
“Qəzaya uğrayan Ramazan Zeynalov sağ budun sınığı və qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Xəstə yaxınları öz istəkləri ilə onu Biləsuvar Mərkəzi Rayon Xəstəxanasından çıxararaq paytaxt xəstəxanalarından birinə gətiriblər”.

Qeyd edək ki, bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan iş adamına məxsus “Range Rover” markalı avtomobil qəzaya uğrayıb. Hadisə nəticəsində onunla yanaşı 32 yaşlı sürücüsü Rəşad Ramiz oğlu da xəsarət alıb.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Qəza   Hacı-Mazan