Rusiyadan Bakıya daha 4 qatar gətiriləcək

 Rusiyadan Bakıya daha 4 qatar gətiriləcək
  02 İyul 2019    Oxunub:1854
Qarşıdakı aylarda Rusiyadan Azərbaycana daha 4 qatar gətiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, 5 vaqondan ibarət 2 qatar avqustda, daha 2 qatar isə sentyabrda Bakıya gətiriləcək.

B.Məmmədov vurğulayıb ki, gətiriləcək qatarlar sazlanma işlərindən sonra xəttə buraxılacaq.

Qeyd edək ki, bu gün "Bakı Metropoliteni" QSC-nin Rusiyadan aldığı 2 yeni qatar xəttə buraxılıb.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Metri   Qatar   Vaqon   Rusiya  





Xəbər lenti