Fuad Abbasov Rusiyada başına gələnləri danışdı - FOTOLAR - (Yenilənib)

 Fuad Abbasov Rusiyada başına gələnləri danışdı -  FOTOLAR - (Yenilənib)
  02 İyul 2019    Oxunub:11122
Rusiyadan Azərbaycana deportasiya olunan jurnalist Fuad Abbasov Bakıda mətbuat konfransı keçirib.

Azvision.az -ın məlumatına görə, jurnalist deportasiyasının ermənilərin sifarişi olduğunu bildirib.
F.Abbasov Rusiyada başına gələn hadisələr barədə konfrans iştirakçılarını məlumatlandırıb: "Saxlanıldıqdan sonra Ximki məhkəməsi 15 dəqiqə ərzində qərar verdi ki, oturum iznim ləğv olunur və 10 gün ərzində ölkəni tərk etməliyəm. Təcridxanada olduğum ilk 4 gün ərzində nə telefon haqqı, nə də başqa biri ilə ünsiyyətə girməyə imkan verdilər. Daha sonra yanıma gələn Konsulluq əməkdaşları bildirdilər ki, səni buradan çıxaracağıq. Onlara dedim ki, bu qərara etiraz etdikdən sonra vətənimə dönəcəyəm. Sonra qərardan şikayət verdik. Yuxarı məhkəmə Ximki məhkəməsinin qərarını qüvvədə saxladı. Ardınca mən məhkəmə qərarını imzaladım və ölkəyə yola düşmək üçün hava limanına gətirildim. Hava limanında olarkən məni yenidən təcridxanaya qaytardılar. Mənə heç bir izahat vermədən orada qalmağım istənildi. Onlara bildirdim ki, rəsmi şəkildə saxlanılmağım barədə səbəb göstərilmədikcə, aclıq edəcəyəm və yalnız su içməklə aclıq elan etdim".



Jurnalist qeyd edib ki, qərara əsasən onun 50 il müddətinə Rusiya ərazisinə daxil olması qadağan edilib. Onun sözlərinə görə, bütün bunları təşkil edən Rusiya Erməniləri Birliyi və onun rəhbəri Ara Abramyandır.

F.Abbasov, həmçinin əlavə edib ki, yenidən Rusiyaya qayıtmağına icazə versələr də, geri dönməyi arzulamır: "Rusiya Ali Məhkəməsi əvvəlki məhkəmələrin qərarlarını ləğv edib, ədaləti bərpa etməsə, baş verən qanunsuzluqlarla bağlı Avropa Məhkəməsinə müracət edəcəyəm".





Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Fuad-Abbasov  





Xəbər lenti