CNN: Azərbaycan mətbəxi Şərqə açılan qapıdır

  02 İyul 2019    Oxunub : 1144
 CNN: Azərbaycan mətbəxi Şərqə açılan qapıdır
Azərbaycan mətbəxi Şərqə açılan qapıdır.
Bu barədə CNN-in saytında dərc olunan məqalədə deyilir. Bildirilir ki, Azərbaycanda kalorili, eyni zamanda dadlı kabab və plovla yanaşı, xeyirli meyvə-tərəvəz də çoxdur:

“Yayın istisində azərbaycanlılar isti çay içməyi xoşlayırlar. Regionlarda çayı əsasən kəklikotu və ya darçınla dəmləyirlər. Su samovarda qaynadığı müddətdə bitkilərin ətrini özündə cəmləyir”.

Müəllif vurğulayır ki, Azərbaycanın regionlarında yeməklərin hazırlanması fərqli olsa da, səhər yeməyi bütün bölgələrdə eynidir: təndir çörəyi, bal, qaymaq, keçi südü, yağ və yumurta-pomidor.

Qeyd edilir ki, Azərbaycanın kulinariya kitabları dolma növləri ilə zəngindir, onlardan ikisi daha məşhurdur: yarpaq və “üç bacı” dolmaları.

Məqalədə, həmçinin Novruz bayramında bişirilən şirniyyat və mürəbbə növləri barədə də xüsusi qeyd var. (Trend)

Azvision.az

Teqlər: CNN   Mətbəx