Leyla Əliyeva üçün özəl gün - FOTOLAR+VİDEO

  03 İyul 2019    Oxunub : 7121
 Leyla Əliyeva üçün özəl gün - FOTOLAR+VİDEO
Bu gün Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür.

Azvision.az xəbər verir ki, Leyla Əliyeva 3 iyul 1985-ci ildə Moskva şəhərində anadan olub. Bakıda 160 saylı məktəbdə orta təhsil alıb.
İsveçrə və Böyük Britaniyada ali təhsilə yiyələnib. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsinin dünya siyasəti ixtisası uzrə magistr pilləsini bitirib.



Leyla Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir. O, 2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan "Bakı" jurnalının təsiscisi və baş redaktorudur.

2010-cu ilədək Moskva Dövlət Beynəlxalq Munasibətlər İnstitutunda Azərbaycan Gənclər Klubunun sədri olub.

2008-ci il may ayında Mədəniyyətlərarası Dialoqda İslam Konfransı Təşkilatının Gənclər Forumunun Baş Əlaqələndiricisi olub. 2009-cu il aprelin 8-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri seçilib.

Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. O, 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.

Leyla Əliyeva 3 uşaq anasıdır. Onlar Mikayıl, Əli və Əminədir.

























Azvision.az

Teqlər: Leyla-Əliyeva   Ad-günü