Bəzi küçələrdə işıqforlar hələ də işləmir - Yenilənib

  03 İyul 2019    Oxunub : 1695
Bəzi küçələrdə işıqforlar hələ də işləmir - Yenilənib
Elektrik təchizatının kəsilməsi ilə əlaqədar hazırda paytaxtın S.Vurğun küçəsinin N.Yusifbəyli küçəsi, N.Yusifbəyli küçəsinin X.Şuşinski küçəsi, Azadlıq prospektinin N. Yusifbəyli küçəsi, C. Hacıbəyli küçəsinin N.Yusifbəyli və M.Mirqasımov küçələri ilə kəsişməsində işıqforlar işləmir.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforların işi bərpa olunub.

Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

***
10:22

Elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforlarlar işləmir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az -a verilən məlumata görə, sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Azvision.az

Teqlər: BNA