Müdafiə naziri Şoyquya başsağlığı verdi

  03 İyul 2019    Oxunub : 882
 Müdafiə naziri Şoyquya başsağlığı verdi
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, başsağlığında deyilir:

“Rusiya Hərbi Dəniz Donanmasının elmi-tədqiqat dərin sualtı gəmisində 14 sualtı-dənizçinin faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı. Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

Azvision.az

Teqlər: Rusiya   Başsağlığı