Qəbulda maksimum bal yığan abituriyentlər kimlərdir? - FOTOLAR

  03 İyul 2019    Oxunub : 24729
Qəbulda maksimum bal yığan abituriyentlər kimlərdir? - FOTOLAR
İyunun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib. İmtahan nəticələrinə əsasən, 9 məzun- I ixtisas qrupu üzrə 7 abituriyent, IV ixtisas qrupu üzrə 2 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal (400) bal toplayıb.
Azvision.az qəbulda maksimum nəticə göstərən abituriyentlərin adlarını və onların topladığı ümumi balı təqdim edir:

I ixtisas qrupu üzrə

Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Elza Qurbanova - 688,6 bal



Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Sevər Cəfərli - 684.2 bal



Bakı şəhər 61 saylı orta məktəbin rus bölməsi üzrə məzunu Samirə Mahmudova - 663.1 bal



Zaqatala rayonu 3 saylı şəhər orta məktəbin məzunu Fazil Səfərov - 690 bal



İmişli rayonu 1 saylı şəhər məktəb-liseyin məzunu Turqut Ağaşov - 690 bal



Mingəçevir şəhəri 8 saylı şəhər orta məktəbin məzunu Aysel Seyidhmədova - 667 bal



Lənkəran rayonu Boladi kənd 2 saylı orta məktəbin məzunu Ağayev Mirkazım - 685,4 bal



IV ixtisas qrupu üzrə:

Bakı şəhəri Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Rüstəm Həsrətov - 687 bal



Bərdə rayonu 5 saylı şəhər orta məktəbin məzunu Təhmin Muradov - 694,6 bal



Aytən Zəhra
Azvision.az

Teqlər: DİM   400