Sərxoş deputat yol polisini döydü - Cinayət işi açıldı

  03 İyul 2019    Oxunub : 1244
 Sərxoş deputat yol polisini döydü - Cinayət işi açıldı
Rusiyanın Yakutiya vilayətində deputat yol polisini döyüb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə iyun ayında "Isıax-2019" yakutların milli yay bayramında baş verib. Belə ki, yol patrul xidmətinin əməkdaşı həmkarları ilə birgə Oros kəndində xidmətə cəlb olunub. Bu vaxt polislər içkili deputatın tanış qadını döydüyünü görüblər. Müfəttiş deputatdan qadını döyməməyi xahiş edib. O, isə cavabında qadını yenə də döyəcəyini deyərək həyətə qaçıb.

Polis onun arxasınca gedən zaman deputat polisin başına və qoluna "lopatka" (bel) ilə zərbələr endirib. Nəticədə polis əməkdaşı xəsarətlər alıb. Xidməti vəzifəsini yerini yetirən polisə qarşı zorakılıq göstərdiyinə görə deputata cinayət işi açılıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Rusiya   Deputat