Amaliya Pənahovanın xatirəsi əbədiləşdirilir - Sərəncam

  03 İyul 2019    Oxunub : 1000
Amaliya Pənahovanın xatirəsi əbədiləşdirilir - Sərəncam
Azərbaycanın Baş naziri Novruz Məmmədov mərhum Xalq artisti Amalya Pənahovanın xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə və uzun müddətli səmərəli yaradıcılıq fəaliyyətinə görə Xalq artisti Amalya Əliş qızı Pənahovanın yaşadığı binaya (Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1) onun xatirə lövhəsi vurulacaq.

Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Amaliya Pənahova 2018-ci ilin noyabr ayında 73 yaşında dünyasını dəyişib.

Azvision.az

Teqlər: AmaliyaPənahova   Sərəncam