ABŞ turist vizalarından imtina edir? - Səfirlik aydınlıq gətirdi

  03 İyul 2019    Oxunub : 1229
ABŞ turist vizalarından imtina edir? - Səfirlik aydınlıq gətirdi
ABŞ-ın Azərbaycandakı səfirliyi bu yaxınlarda turist vizalarından imtina edilməsi və verilən sənədlərə konsulluq əməkdaşları tərəfindən düzgün baxılmaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Azvision.az xəbər verir ki, səfirliyin yaydığı məlumata görə, onlar Azərbaycanda fəaliyyət göstərən və viza məsələlərində ödənişli şəkildə kömək təklif edən müəyyən səyahət agentlikləri və viza konsaltinq şirkətləri haqqında xəbərdardırlar.

Məlumatda bildirilib ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsi ABŞ-a qeyri-immiqrant viza üçün müraciət edən Azərbaycan vətəndaşlarının əksəriyyətinə viza verir: "Əslində, 2018-ci ildə verilən qeyri-mühacır vizaların sayı səkkiz mindən çox idi".

Qeyd olunub ki, müsahibə zamanı Konsulluq işçilərinə təqdim edilən məlumatlar əslində sənədlərin nəzərdən keçirilməsi prosesi və müsahibə üçün sərf edilən vaxtdan daha çox əhəmiyyət daşıyır: "Konsulluq şöbəsi əvvəlcədən təqdim olunan ərizə formasını və müsahibə zamanı aldıqları cavabları gətirilmiş sənədlərdən daha üstün hesab edir. Ümumiyyətlə, uzun müsahibələr yalnız ehtiyac duyulduğu hallarda aparılır".

Azvision.az

Teqlər: ABŞ   Səfirlik   Viza