Bakıya yeni hərbi prokuror təyin edildi

   Bakıya yeni hərbi prokuror təyin edildi
  04 İyul 2019    Oxunub:3253
Paytaxt Bakıya yeni hərbi prokuror təyin edilib.

Azvision.az xəbər verir ki, ədliyyə polkovniki Rzayev İlyas Ramiz oğlu Azərbaycan Respublikası Baş prokurorunun 03.07.2019-cu il tarixli əmri ilə Bakı hərbi prokuroru vəzifəsinə təyin olunub.
Bundan əvvəl o, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsində qulluq keçib.

Respublika hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev faktı Azvision.az -a təsdiq edib.

Azvision.az




Teqlər: Baş-Prokuror   Hərbi-Prokuror   Bakı   Təyinat  





Xəbər lenti