Günnüt zəfəri ilə bağlı film hazırlandı - VİDEO

  04 İyul 2019    Oxunub : 1373
 Günnüt zəfəri ilə bağlı film hazırlandı - VİDEO
Bir il bundan öncə həyata keçirilən Günnüt əməliyyatı ordumuzun böyük qələbəsidir.

Bu əməliyyatla 1992-ci ildən düşmən nəzarətinə keçən Şərur rayonunun Günnüt kəndi və ümumilikdə 11 min hektar torpaq sahəsi, eləcə də mühüm strateji yüksəkliklər ordumuzun nəzarətinə keçdi.
Ali Məclis Sədrinin birbaşa rəhbərliyi ilə dəqiqliklə məntiqi sonluğa çatdırılan Günnüt əməliyyatı ilə Azərbaycanın yeni tarixinə daha bir parlaq səhifə yazıldı.

3 iyul 2018-ci ildə Ali Məclisin Sədri cənab Vasif Talıbov Şərur rayonunun işğaldan azad edilən Günnüt kəndində əməliyyatı və verilən döyüş tapşırıqlarını uğurla yekunlaşdıran hərbiçilərimizlə görüşmüş, onları mükafatlandırmış və birinci eşolon bölmələrində mövqelərin möhkəmləndirilməsi, eləcə də yeni hərbi təyinatlı obyektlərin tikintisi ilə bağlı bir sıra tapşırıqlar vermişdi.

Naxçıvan televiziyasının Günnüt qələbəsinin bir illiyi münasibətilə hazırladığı “Günnüt zəfəri” filmində həmin tarixi məqamlara bir daha nəzər salınır.

Azvision.az həmin filmi təqdim edir:


Teqlər: Günnüt   Naxçıvan