Alxanlı faciəsi: Zəhranın qətlindən 2 il ötür - VİDEO

  04 İyul 2019    Oxunub : 2596
 Alxanlı faciəsi: Zəhranın qətlindən 2 il ötür - VİDEO
Azyaşlı Zəhra Quliyeva və nənəsinin ermənilər tərəfindən qətlə yetirilməsindən iki il ötür.

Azvision.az xəbər verir ki, 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.


Düşmən təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.



Ermənilərin Alxanlıda törətdiyi qanlı cinayət dünya ictimaiyyətinin kəskin qınağına səbəb olub. Məlum hadisə ilə bağlı bir çox ölkələrdə Ermənistan səfirliyi qarşısında etiraz aksiyaları keçirilib.











Anar Kəlbiyev
Azvision.az

Teqlər: Zəhra   Qətl