Girovluqdan azad edilən Elvin İbrahimov evə buraxılıb

Girovluqdan azad edilən Elvin İbrahimov evə buraxılıb
  04 İyul 2019    Oxunub:3837
Erməni girovluğundan azad olunan Elvin İbrahimov Qazax Rayon Diaqnostika Mərkəzindən evə buraxılıb.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məumat verilib. Bildirilib ki, hazırda E.İbrahimovun vəziyyəti yaxşıdır.

Xatırladaq ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü Elvin İbrahimov bu il martın 16-da Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. O, Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində ayağından yaralanıb.

E.İbrahimov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən, 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılan Ermənistan Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviçlə dəyişdirilərək geri qaytarılıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Girov   Elvin-İbrahimov  





Xəbər lenti