Zakir Həsənov hərbi paradda iştirak edib - FOTO

 Zakir Həsənov hərbi paradda iştirak edib -  FOTO
  04 İyul 2019    Oxunub:4796
Belarusa səfər çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti iyulun 3-də Minsk şəhərində keçirilən bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Gününə həsr olunan hərbi paradı izləyib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, paradda fəxri qonaq qismində Müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.



Hərbi paradda Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı, Belarus Respublikası və Rusiya Federasiyası silahlı qüvvələrinin, həmçinin Çin Xalq Azadlıq Ordusunun parad heyətləri də iştirak ediblər.







Azvision.az


Teqlər: Parad   Belarus  





Xəbər lenti